Şairənin həbs edilməsi iddiaları ilə bağlı AÇIQLAMA
Şairə Nazilə Səfərlinin Kəlbəcərə qanunsuz yolla keçdiyinə görə həbs edilməsinə dair sosial şəbəkələrdə məlumat yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Cumhuriyyet.az-a bildirilib ki, yayılan iddialar əsassızdır:
“Nazilə Səfərlinin həbs edilməsi barədə xəbərlər həqiqətə uyğun deyil. O, bir neçə nəfər şəxslə birgə qanuna müvafiq şəkildə portalda qeydiyyatdan keçməklə işğaldan azad edilmiş ərazilərə səfər edib”.
Short URL: http://www.cumhuriyyet.net/?p=178307