Ceyhun Bayramov Mirzoyanla bu şəhərdə görüşəcək
Xəbər verdiyimiz kimi, sabah Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş baş tutacaq.
Cumhuriyyet.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyi görüş barədə məlumat yayıb.
Nazirlik görüşün Gürcüstanın paytaxtı Tbilisi şəhərində baş tutacağını bildirib.
Bu, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında ilk ikitərəfli görüş olacaq.
Short URL: http://www.cumhuriyyet.net/?p=178559