Gürcü nazir Bayramov-Mirzoyan görüşündən DANIŞDI

17.07.2022 - 15:43

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili, Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisi görüşündən gözləntilərini açıqlayıb.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə o, Gürcüstanın birinci kanalına danışıb.

Nazir bildirib ki, bu kimi görüşün keçirilməsində əsas məqsəd, dost, qonşu ölkələrin konkret nəticələr əldə etməsidir:

“Bizim Azərbaycan və Ermənistan XİN başçılarının Tbilisidə keçirdikləri görüşdən gözləntilərimiz bundan ilk növbədə dost, qonşu ölkələrin konkret nəticələr əldə etməsidir.

Digər tərəfdən məqsədimiz Cənubi Qafqaz bölgəsində üç ölkə arasında birgə koordinasiya yolu ilə sülh və sabitliyi möhkəmləndirməkdir”.

İlya Darçiaşvili dünyanın təhlükəsizlik arxitekturasında xüsusi çağırışların olduğu dövrdə regionda sülh və sabitliyin gücləndirilməsinin böyük önəm kəsb etdiyini bildirib.

XİN başçısı azərbaycanlı və erməni həmkarlarının görüşünün konkret nəzərəçarpacaq nəticə ilə başa çatıb-çatmadığı ilə bağlı suala cavabında deyib ki, beynəlxalq danışıqlar heç də həmişə nəticə ilə yekunlaşmır:

“Bu gün danışıqların ilk mərhələsi baş tutdu və burada ən önəmli məsələ presedentin yaradılması və iki qonşu ölkə arasında birbaşa dialoqun başlamasıdır”.

İ.Darçiaşvili Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tərəflər arasında danışıqların davamı üçün çox möhkəm zəmin yaratdığına əminlik ifadə edib:

“Tərəflər sıx koordinasiya, müxtəlif mərhələlərlə onlar üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərin həlli üçün mövqelərini yaxınlaşdıra bilərlər”.

Nazir qeyd edib ki, Tbilisi gələcəkdə iki qonşu ölkənin nümayəndələrini qəbul etməyə və onların gündəliyində duran konkret məsələlərin həllinə kömək etməyə hazır olacaq.

Xatırladaq ki, 16 iyul tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə görüş baş tutub.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=178637

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031