Şuşada Beynəlxalq Media Forum başlayıb

22.07.2022 - 12:09

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada Beynəlxalq Media Forum başlayıb.

Cumhuriyyet.az xəbər verir ki, tədbir Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilir.

Tədbirdə iştirak edən əcnəbi nümayəndələr arasında “Anadolu” agentliyinin baş redaktoru Yusif Özhan, Avropa Xəbər Agentliklər Alyansının Baş katibi Aleksandru Giboi, TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman və s. media nümayəndələri və ekspertlər var.

Bundan başqa, Azərbaycan təmsilçiləri sırasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin sədri, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər rəsmi şəxslər, mətbuat nümayəndələri və ekspertlər var.

Qeyd edək ki, Forum 4 paneldə keçirilir. “Yeni media jurnalistikasına keçid: konvergensiya və yeni imkanlar” adlı birinci paneldə əsas mövzular ənənəvi medianın problemləri, konvergensiya prosesi, yeni mediada “fake news” ilə mübarizə olacaq. “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci paneldə mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika müzakirə predmeti olacaq.

Daha sonrakı “Azərbaycan mətbuatında Şuşa izi” panelində Zəfər tarixi Azərbaycan mediasının əsas mövzusu kimi, Şuşanın qələm sahibləri və qəzeti ətrafında fikir mübadiləsi aparılacaq. Sonuncu “Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri” panelində isə əsas mövzular Azərbaycan mediasının beynəlxalq əməkdaşlıq perspektivləri, Azərbaycan-Türkiyə media platforması, Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığı olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=179144

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728