Beynəlxalq Media Forumu başa çatdı

22.07.2022 - 19:00

Şuşada “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda keçirilən Beynəlxalq Media Forum başa çatıb.

Cumhuriyyet.az xəbər verir ki, forumda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev, 20-dək ölkədən olan xarici media nümayəndələri, ekspertlər və yerli media nümayəndələri iştirak edib.

Konfrans çərçivəsində keçirilən birinci paneldə ənənəvi medianın problemləri, konvergensiya prosesi, “feyk nyus”la mübarizə məsələləri ətraflı müzakirə edilib.

Daha sonra “Media etikası: rəqəmsal mühitdə jurnalistlərin peşə davranışı” adlı ikinci panel keçirilib. Müzakirə olunan əsas mövzular mediada plüralizm, media etikasının aktual problemləri, yeni media və etika olub.

Konfrans işini panel müzakirələrlə başa çatdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=179223

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930