Sabahkı hava proqnozu

26.07.2022 - 12:42

İyulun 27-də gözlənilən hava şəraitilə bağlı proqnoz açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, Bakıda gecə 21-23° isti, gündüz 32-34° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 9-14° isti, gündüz 17-22° isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=179446

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728