Fəzail Ağamalının oğlu məhkəməyə verildi

26.07.2022 - 14:53

Deputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı məhkəməyə verilib.

Cumhuriyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məlum olub ki, Elçin Ağamalı rəhbəri olduğu “La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün barəsində iddia qaldırılıb. Bu günə olan rəsmi məlumatlara görə, “La Vida” şirkətinin 4437 manat ödənilməmiş vergi borcu var. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Elçin Ağamalı biznesmen kimi tanınır. O, eyni zamanda “Altus” MMC-nin sahibidir. O, 3 il öncə də kredit mübahisəsinə görə məhkəməyə verilmişdi. E.Ağamalıya qarşı iddia “PAŞA Bank” tərəfindən qaldırılmışdı.

Fəzail Ağamalı 27 ildir Milli Məclisin deputatıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=179457

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728