832 yeni seçki məntəqəsi yaradıldı
Mərkəzi Seçki Komissiyası (MSK) 2022-ci ilin yanvar ayının əvvəlindən may ayının sonuna qədər seçici siyahılarını dəqiqləşdirib.
Cumhuriyyet.az xəbər verir ki, bunu MSK sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, məntəqələr üzrə seçici sayında artım var.
“Seçki məntəqələri üzrə ən azı 50, ən çoxu 1500 seçici ola bilər. Seçici sayının artımı ilə bağlı 1300-dən artıq məntəqənin yaradılması zərurəti idi. İlin birinci yarısında 832 yeni seçki məntəqəsi yaradılıb, onlardan 103-ü yeni seçki dairəsinin ərazisində yaradılıb. Beləliklə, respublika üzrə 6274 ümumi məntəqə fəaliyyət göstərəcək”,- MSK sədrinin müavini bildirib.
Short URL: http://www.cumhuriyyet.net/?p=179470