Prezident üç komissiyanın sədrini dəyişdi – SƏRƏNCAM

28.07.2022 - 19:40

Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.

Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavininə deyil, iqtisadiyyat nazirinə tapşırılıb. Həmçinin, iqtisadiyyat nazirinin müavini komissiyanın üzvləri sırasından çıxarılıb.

Bundan başqa, Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.

Dövlət başçısının müvafiq sərəncamına əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavini deyil, Baş nazirin müavini Əli Əhmədova həvalə edilib.

Eyni zamanda, Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibində dəyişiklik edilib.

Dəyişikliyə əsasən, bundan sonra komissiyaya sədrlik Azərbaycan Respublikası Baş nazirinin birinci müavini deyil, Baş nazirin müavini Əli Əhmədova həvalə edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=179608

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728