Alimlərin ixtisarı qətiyyən nəzərdə tutulmur – Nazir
Alimlər arasında ixtisarlar qətiyyən nəzərdə tutulmur.
Cumhuriyyet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AzTV-nin “Hədəf” verilişində deyib.
O bildirib ki, qarşıya qoyulan məqsəd kimisə işdən çıxarmaq, kimisə yaşına görə diskriminasiya etmək deyil:
“Növbəti mərhələyə baxış çox önəmlidir. Uzunmüddətli inkişaf elmsiz mümkün deyil. Geniş şəkildə ixtisarlar və optimallaşdırılmalar yəqin ki, olmayacaq”.
Yeni yaradılan agentliklərin hansı istiqamətdə fəaliyyət göstərəcəyinə gəlincə, nazir qeyd edib ki, bu qurumlar müvafiq təhsil pilləsi üzrə koordinasiyanı həyata keçirəcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=179694