İlham Əliyev Mərakeş Kralına məktub GÖNDƏRDİ

30.07.2022 - 14:57

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.

Cumhuriyyet.az xəbər verir ki, məktubda deyilir:

“Əlahəzrət,

Əziz Qardaşım,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan-Mərakeş ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Short URL: http://www.cumhuriyyet.net/?p=179749

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728