Yeni təyinat olacaq? – Emin Əmrullayevlə bağlı RƏSMİ AÇIQLAMA

30.07.2022 - 16:22

Emin Əmrullayevin yeni təyinat olmadan elm və təhsil naziri kimi təqdim olunması barədə iradlara rəsmi münasibət açıqlanıb.

Elm və Təhsil Nazirliyindən Cumhuriyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, nazir vəzifəsinə yeni təyinatdan söhbət getmir. E.Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə imzaladığı Fərmanla Təhsil Nazirliyinin adı Elm və təhsil Nazirliyi olaraq adlandırılıb.

Eləcə də, elm sahəsində dövlət siyasəti və tənzimlənməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Nazirliyə həvalə edilib. Buradan da aydın göründüyü kimi, Elm və Təhsil Nazirliyinin yenidən təşkili, elm və təhsil naziri vəzifəsinə yeni təyinatdan söhbət getmir. Emin Əmrullayev elm və təhsil naziri kimi öz vəzifəsini icra edir”, – deyə rəsmi açıqlamada vurğulanıb.

 

Qeyd edək ki, Emin Əmrullayevin elm və təhsil naziri kimi təqdim olunması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İddia olunur ki, E.Əmrullayevin yalnız rəsmi təyinatdan sonra elm və təhsil naziri kimi təqdim edilə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=179762

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930