Mədəniyyət Nazirliyi festivala görə ÜZR İSTƏDİ

31.07.2022 - 13:39

İyulun 29-31-də Mədəniyyət Nazirliyi və digər dövlət və özəl qurumların təşkilatçılığı ilə Gəncə şəhərinin Hacıkənd qəsəbəsi ərazisində II Milli Yaylaq Festivalı keçirilib.

Nazirlikdən Cumhuriyyet.az-a bildirilib ki, iyulun 30-da ölkəmizin müxtəlif media orqanları nümayəndələrinin Hacıkənd qəsəbəsinə səfəri təşkil olunub.

Səfərdən dönüş zamanı saat 20 radələrində media nümayəndələrini daşıyan avtobus festival ərazisindən yola düşüb. Təxminən 700 metr məsafə qət olunduqdan sonra güclü yağış yağmağa başlayıb, torpaq yolda yaranmış palçıq nəqliyyat vasitəsinin hərəkətində çətinlik yaradıb.

Ərazidə xidmət aparan DİN-in əməkdaşları tərəfindən iritutumlu nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Avtobusda olan media nümayəndələrinin bir qrupu səfərə məsul olan Mədəniyyət Nazirliyinin əməkdaşı və polis əməkdaşlarının təkidlərinə baxmayaraq, nəqliyyat vasitəsini tərk edərək piyada yollarına davam ediblər.

Nazirliyin Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov həmin şəxslərin şəxsi avtomobili ilə qarşılanıb müvafiq qaydada yerləşdirilməsini təmin edib.

Avtobusda qalan digər nümayəndələr isə nazirliyin rəsmi şəxslərinin aidiyyəti dövlət orqanları ilə danışıqlarından sonra səhər saatlarında ərazidən təhlükəsiz yerə köçürülüb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun şəxsən iştirakı ilə DYP-nin əməkdaşları tərəfindən yüksək manevr imkanlarına malik nəqliyyat vasitəsilə media mənsubları qruplarla Hacıkənd qəsəbəsinə evakuasiya edilib.

Qəsəbədə media nümayəndələri mikroavtobusla Bakı şəhərinə yola salınıb.

Mədəniyyət Nazirliyi kəskin hava və çətin relyef şəraiti ilə əlaqədar yaranmış xoşagəlməz vəziyyətə görə media nümayəndələrindən və qonaqlardan qaşılaşdıqları duruma görə təəssüf hissi keçirib və narahatlığa görə üzr istəyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=179785

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930