Ərazi bütövlüyü tam təmin olunacaq – Ceyhun Bayramov

09.08.2022 - 17:23

“Son gərginliyin əsas səbəbi Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir”.

Cumhuriyyet.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə mediasına müsahibəsində deyib.

XİN başçısı bildirib ki, üçtərəfli bəyannamənin imzalanmasından təxminən 1 il 9 ay vaxt keçməsinə baxmayaraq, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

“Onlar hələ də Qarabağı tərk etməyib. Biz Ermənistandan təxribatlara son qoymasını tələb edirik. Ermənistan öz öhdəliklərini tam yerinə yetirməlidir. Azərbaycanın ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycan öz suveren ərazisində heç bir qanunsuz erməni silahlı qüvvələrinin mövcud olmasına imkan verməyəcək. Biz bunu dəfələrlə demişik. Düşünürük ki, Ermənistan tərəfi buna ciddi yanaşmalıdır”,- nazir qeyd edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180420

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Redaktor: Xan Tural
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930