İlham Əliyevin Konyaya səfəri Türkiyə mediasında – FOTO

10.08.2022 - 15:39

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə avqustun 9-da Konya şəhərinə işgüzar səfəri qardaş ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

Cumhuriyyet.az xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “Haber Türk”, Haber Global” telekanalları, “Sabah”, “Yeni şafak” və digər qəzetlər daxil olmaqla çox sayda media qurumları dövlətimizin başçısına göstərilən ali qonaqpərvərliyə, Azərbaycan və Türkiyə Prezidentlərinin ikitərəfli görüşlərinə, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təntənəli açılışı olan V İslam Həmrəyliyi Oyunlarını izləmələrinə və səfər barədə digər mövzulara aid geniş məlumatlar yayıblar.

Xəbərlərdə, həmçinin diqqətə çatdırılır ki, IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi edən Azərbaycanın peşəkar idmançıları bu dəfəki yarışlarda da böyük məharətlə çıxış edəcəklər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180461

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031