Erməni təxribatı ilə bağlı UEFA-ya müraciət EDİLDİ

11.08.2022 - 20:28

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Ermənistanda “Pünik” və Serbiyanın “Srvena Zvezda” komandası arasında keçirilmiş UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu zamanı yerli azarkeşlərin təxribatı ilə əlaqədar UEFA-ya müraciət edib.

AFFA-nın Mətbuat xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, Avropa futbol qurumunun Etika və Tənzimləmə üzrə icraçı-direktoru Ancelo Riqopulosa ünvanlanan məktubda Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanıb.

Bildirilib ki, təxribat xarakterli mesajlar olan bannerlərin nümayişi UEFA qaydalarının pozulmasıdır və qurumun nizamnaməsinin 16.2.e bəndinə əsasən, bütün assosiasiyalar və klublar bir və ya bir neçə tərəfdarın jestlərdən, sözlərdən, əşyalardan və ya hər hansı digər vasitələrdən istifadə edərək təxribat xarakterli mesaj ötürməsinə görə məsuliyyət daşıyırlar. Məktubda idmanda siyasi, ideoloji, dini və ya təhqiredici xarakter daşıyan təxribatlara yer olmadığı qeyd olunub.

AFFA sonda UEFA-dan məsələnin araşdırılmasını və müvafiq tədbir görülməsini xahiş edib.

Qeyd edək ki, “Pünik”in 0:2 hesablı məğlubiyyəti ilə başa çatan oyunda erməni millətçiləri tribuna üzərində ingilis dilində “Qarabağ Ermənistandır” və “Kosovo Serbiyadır” sözləri yazılmış pankart asıblar. Həmçinin, bir azarkeş meydana çıxaraq erməni dilində “Axavnonu (Laçının Zabux kəndi) vermərik” sözü yazılmış pankart açıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180515

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2022
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930