“Taxılla təminatda heç bir problem yoxdur” – Dövlət başçısı

12.08.2022 - 17:41

Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Azərbaycan Televiziyasına müsahibəsində Basqal qəsəbəsində 179 otaqdan ibarət “Basqal Resort & Spa” otelinin açılışının bölgədə turizmin inkişafı baxımından önəmindən bəhs edib.

Cumhuriyyet.az-ın məlumatına görə, ölkə başçısı deyib:

“Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək”.

Azərbaycan Prezidenti bildirib ki, belə obyektlərin yaradılması yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqal otelində 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.

“Bu gün, eyni zamanda, Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də bölgə iqtisadiyyatına təkan verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Yəni, Azərbaycanda iş yerlərinin açılması prosesi daim aparılmalıdır. Çünki bizim əhalimiz artır. İş yerlərinə tələbat artır. Dövlət öz tərəfindən həm dediyim layihələrin icrası nəticəsində, eyni zamanda, özəl sektor üçün yaradılmış şərait nəticəsində iş yerlərinin yaradılmasına, iş yerlərinin artırılmasına böyük dəstək olur”, – deyə dövlət başçısı bildirib.

İlham Əliyev müsahibə zamanı qlobal ərzaq təhlükəsindən də danışıb:

“Bildiyiniz kimi, Rusiya-Ukrayna müharibəsi nəticəsində bir çox ölkələr fiziki cəhətdən öz əhalisini buğda ilə, taxılla təmin edə bilmirlər. Çünki taxılın əsas ixtracatçıları Rusiya və Ukrayna olduğu halda, indi müharibə əlbəttə ki, bu məsələdə çox böyük əngəllər törətmişdir. Ancaq Azərbaycanda bu sahədə heç bir problem yoxdur”.

Dövlət başçısı qeyd edib: “Biz ənənəvi olaraq taxılı da, gübrəni də Rusiyadan alırıq. Rusiyalı tərəfdaşlarımızla əldə edilmiş razılaşmalar nəticəsində Azərbaycana istədiyimiz qədər həm gübrə, həm də taxıl ixrac ediləcək və edilir. Gübrəyə gəldikdə isə, bildiyiniz kimi, artıq biz özümüz də gübrə istehsalçısı olmuşuq və hətta karbamid gübrəsini ixrac edirik. Amma digər gübrələr Azərbaycana idxal edilir”.

Prezident bildirib ki, bu amillər reallıqdır və biz real həyatda yaşayırıq.

“Özümüzü bütün problemlərdən tam sığortalamaq üçün əməli işlər aparırıq və aparacağıq. Əminəm ki, növbəti illərdə həm bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra biləcəyik”, – deyə dövlət başçısı əlavə edib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=180555

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930