Zabuxdan çıxan daha bir erməni tərk etdiyi evi yandırdı – VİDEO

19.08.2022 - 14:51

Laçının Zabux kəndində qanunsuz yaşayan daha bir erməni “sakin” ərazini tərk etməzdən əvvəl indiyə kimi məskunlaşdığı evi yandırıb.

Cumhuriyyet.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o bu addımını azərbaycanlılara nifrətinə görə atdığını qeyd edib.

“Buradan rahat getmək üçün hər şeyi yandırıram. Bütün bunlar türkə qalsa, o zaman rahat olmayacam”, – deyə Zabuxdan çıxan erməni videomüraciətində bildirib.

Bu, Zabuxda ikinci haldır ki, təxliyədən əvvəl erməni azərbaycanlılara qalmasın deyə yaşadığı evi yandırır.

Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.

Short URL: http://www.cumhuriyyet.net/?p=180935

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728