Zabuxda daha bir erməni yaşadığı evi yandırdı – VİDEO

22.08.2022 - 01:30

Laçın rayonunun Zabux kəndində qanunsuz məskunlaşan daha bir erməni kəndi tərk etməzdən əvvəl yaşadığı evi yandırıb.

Cumhuriyyet.az xəbər verir ki, müvafiq görüntülər sosial mediada yayılıb.

86 yaşlı Radia Hovsepyan adlı erməni evin divarlarına benzin tökərək onu yandırıb.

Qeyd edək ki, Zabuxda qanunsuz yaşayan ermənilərə kəndi tərk etmək üçün avqustun 25-dək vaxt verilib. Kənddə bir neçə erməni vandalizm aktı törədərək qanunsuz yaşadığı evi yandırıb. Onların Ermənistan hökumətindən kompensasiya almaq üçün evləri yandırdığı bildirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=180960

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728