Sayt rəhbəri Səlim Müslümovun nömrəsindən təhdid edildi

06.09.2022 - 22:33

Pia.az saytının rəhbəri, tanınmış yazar Azər Qaramanlı naməlum şəxs tərəfindən təhdid edilib. Bu barədə o özünün facebook səhifəsində yazıb:”

Bu gün axşam saatlarında Səlim Müslümovun 15 min manatlıq nömrəsini alan naməlum şəxs tərəfindən təhdid edildim.

Saat 20.32-də telefonun 051 999 99 99 nömrəli teelefondan zəng gəldi və naməlum şəxs məndən salam-kəlamsız “Səlim Müslümov şəxsi mobil nömrəsini satışa çıxardı: 15 min manat” adlı yazını saytdan çıxartmağı tələb etdi.

Həmin adam bildirdi ki, Səlim Müslümovun nömrəsini o, alıb. Və çox tərbiysizcə yazını saytdan çıxarmamı tələb etdi. Qeyd elədi ki, belə xəbərləri ondan icazəsiz necə dərc etmişik. Məndə dedim ki, sayta xəbər qoyanda ondan icazə almayacağıq və xahiş elədim ki, bir daha məni narahat eləməsin. Telefonu söndürdüm və min adam dəfələrlə zəng etməsinə baxmayaraq bir daha açmadım. Sonra həmin şəxs 051 400 00 00 nömrəsindən zəng etdi. Mən yenə telefonu açmadım. Bir qədər sonra mənə 010 201 20 11 nömrəsindən zəng gəldi. Telefonu açdım və bildirdim ki, bir daha məni naarahat etməsin. Bunun cavabında isə qarşı tərəf söyüşlərlə məni təhdid etməyə başladı. Mən onun cavabını verdikdən sonra qeyd elədim ki, bu təhdidlə bağlı 102-yə zəng edəcəm. Bundan sonra qarşı tərəf susdu və telefonu söndürdü.

Baş verənlərlə bağlı 102-yə zəng elədim. Mənə məsələnin araşdırılacağı bildirildi.”

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181573

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031