10 min üzvü olmayan partiyalar qeydiyyata alınmayacaq

07.09.2022 - 16:38

Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvü olmalıdır.

 

Cumhuriyyet.az xəbər verir ki, bu barədə “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ilkin versiyasında qeyd edilib.

 

Layihəyə əsasən, siyasi partiyanın səlahiyyətli şəxsi bu Qanunun 5.9-cu maddəsində müəyyən edilmiş müddət bitəndən sonra 10 gündən gec olmayaraq siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir.

 

Bu Qanunun 5.9-cu maddəsinə uyğun olaraq reyestrin təqdim edilməməsi və ya bu Qanunun 5.9-cu və 6.2-ci maddələrində müəyyən edilmiş müddətlərə əməl olunmaması siyasi partiyanın dövlət qeydiyyatından imtina edilməsinə səbəb olur.

 

Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə iki dəfə (yanvar ayının 15-dək və iyul ayının 15-dək) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat təqdim edir.

 

Siyasi partiya dövlət qeydiyyatına alındığı tarixdən 3 gün müddətində bu barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.

 

Siyasi partiyanın dövlət qeydiyyatı ilə bağlı (o cümlədən bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş halda) digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181601

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930