Dövlət Sərhəd Xidməti: Düşmənə ağır sarsıdıcı zərbələr endirilib

15.09.2022 - 11:17

Sentyabr ayının 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissələrində Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarlarının qarşısının alınması məqsədilə Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən düşmənə ağır sarsıdıcı zərbələr endirilib və atəş nöqtələri zərərsizləşdirilib.

Dövlət Sərhəd Xidmətindən Cumhuriyyet.az-a verilən xəbərə görə, şəxsi heyət və hərbi texnika baxımından çoxsaylı itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

“Ermənistan Silahlı Qüvvələrinin ölkəmizin ərazisinə və suverenliyinə qarşı təhdininin qarşısının alınması zamanı Dövlət Səhəd Xidmətinin adları qeyd olunan hərbi qulluqçuları şəxsi igidlik və şücaət göstərib, düşmənə qarşı qəhrəmancasına vuruşaraq şəhid olublar.

kapitan Mehbalı Fərid Kəmaləddin oğlu;

baş gizir Məmmədov Azər Mustafa oğlu;

baş gizir Məmmədov Nahid Hüseynağa oğlu;

kiçik gizir Nəsirov Ülvü Əsədulla oğlu;

kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu;

kiçik gizir Babazadə Elşən Sahib oğlu;

baş çavuş Rəhimov Təbriz Rəhim oğlu;

baş çavuş Sadıxov Şəmistan Əbdülağa oğlu.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=181930

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930