Türkiyə mediası Prezidentin Laçın səfərindən YAZIB

22.09.2022 - 13:43

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması Türkiyə kütləvi informasiya vasitələri tərəfindən günün aktual mövzusu olaraq geniş işıqlandırılıb.

 

Cumhuriyyet.az xəbər verir ki, Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT Avaz”, “CNN Türk” və başqa telekanallar, “Milliyet”, “Hurriyet”, “Takvim”, “Star” və digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları Azərbaycanın dövlət başçısının Laçın səfərinin təfərrüatlarını geniş şəkildə Türkiyə ictimaiyyətinə təqdim edib.

 

Orijinal video və fotolarla yayılan xəbərlərdə diqqətə çatdırılır: “Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə işğalçı Ermənistana xəbərdarlıq edib ki, heç bir revanş cəhdlərinin faydası yoxdur”.

 

Müxtəlif sərlövhələrlə yayılan informasiyalarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə və ondan sonrakı proseslərə müraciət olunub. Həmçinin Prezident İlham Əliyevin Laçın şəhərindən verdiyi mesajların siyasi mahiyyəti analiz edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182392

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031