Dünya Azərbaycanlıları Konqresinin bəyanatı
Dünya Azərbaycanlıları Konqresi İranda baş vermiş ixtişaşlarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “İranda Məsiha Əmini adlı qadının başını düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən döyülərək öldürülməsi növbəti kütləvi aksiyalara səbəb olub. Bir həftəyə yaxındır ki, Təbriz, Tehran, Məşhəd, Rəşt, İsfahan və digər şəhərlərdə kütləvi aksiyalar keçirilir. Aksiyalara qarşı güc tətbiqi zamanı 30 dan artıq şəxs həyatını itirib, yüzlərlə insan xəsarər alıb, həbs edilib. Dünya Azərbaycanlıları Konqresi hesab edir ki, bir qadının öldürülməsinə bütün ölkə boyu xalqın kütləvi etirazı əslində rejimə qarşı uzun illər boyu yaranan nifrət və qəzəbin ifadəsidir. İrandakı iqtisadi və siyasi böhran, insan haqlarının və milli haqların boğulması sadə vətəndaşları boğaza yığıb. Bu hadisə isə insanların küçələrə çıxaraq öz qəzəbini hökumətə bildiriməsi üçün təkan rolunu oynadı. Keçirilən aksiyalarda soydaşlarımızın xüsusi fəallığı diqqət çəkir. Bu gün Güney Azərbaycan ortaq problemlərin həllini tələb etməklə yanaşı öz milli davasını da aparır. Biz Dünya Azərbaycanlıları Konqresi olaraq fars-molla rejiminin repressiya siyasətini qətiyyətlə pisləyir, Azərbatcanın güneyində millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı mübarizədə onların yanında olduğumuzu və bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdıracağımızı bəyan edirik”.
Short URL: http://www.cumhuriyyet.net/?p=182532