Dünya Azərbaycanlıları Konqresinin bəyanatı

24.09.2022 - 11:18

Dünya Azərbaycanlıları Konqresi İranda baş vermiş ixtişaşlarla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “İranda Məsiha Əmini adlı qadının  başını düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən döyülərək öldürülməsi növbəti kütləvi aksiyalara səbəb olub. Bir həftəyə yaxındır ki,  Təbriz, Tehran, Məşhəd,  Rəşt, İsfahan və digər şəhərlərdə kütləvi aksiyalar keçirilir. Aksiyalara qarşı güc tətbiqi zamanı 30 dan artıq şəxs həyatını itirib, yüzlərlə insan xəsarər alıb, həbs edilib. Dünya Azərbaycanlıları Konqresi hesab edir ki, bir qadının öldürülməsinə bütün ölkə boyu  xalqın kütləvi etirazı əslində rejimə qarşı uzun illər boyu yaranan nifrət və qəzəbin ifadəsidir.  İrandakı iqtisadi və siyasi  böhran, insan haqlarının və milli haqların boğulması  sadə vətəndaşları boğaza yığıb. Bu hadisə isə insanların küçələrə çıxaraq öz qəzəbini hökumətə bildiriməsi üçün təkan rolunu oynadı. Keçirilən aksiyalarda soydaşlarımızın xüsusi fəallığı diqqət çəkir. Bu gün  Güney Azərbaycan ortaq problemlərin həllini tələb etməklə yanaşı öz milli davasını da aparır. Biz Dünya Azərbaycanlıları Konqresi olaraq fars-molla rejiminin repressiya siyasətini qətiyyətlə pisləyir, Azərbatcanın güneyində  millətimizin milli-siyasi haqlarına çatması üçün aparığı mübarizədə onların yanında olduğumuzu və bütün imkanlarımızdan istifadə edərək onların haqq səsini dünyaya çatdıracağımızı bəyan edirik”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=182532

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930