Yazıçılar Birliyinin qurultayı təxirə salındı

26.09.2022 - 17:59

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayı təxirə salınıb.

AYB-dən Cumhuriyyet.az-a bildirilib ki, bununla bağlı Azərbaycan Yazıçılar Birliyində katibliyin geniş tərkibdə toplantısı keçirilib.

Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=182569

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930