Edillidə aşkarlanan qalıqların genetik profili hazırlanacaq – VİDEO

06.10.2022 - 11:42

Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqdan tapılan qalıqların hansısa birinin yaxın adamları bu gün həyatda yoxdursa, o zaman məhkəmə qərarı ilə onların qəbirlərindən genetik nümunə götürülərək araşdırılacaq.

Cumhuriyyet.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Edillidə səfərdə olan xarici ölkələrin hərbi attaşelərini məlumatlandırarkən deyib.

O bildirib ki, bütün bu müayinələrin aparılması üçün 3-5 gün, 1 ay kifayət etmir, müəyyən vaxt lazımdır: “Aşkar edilmiş sümük qalıqları yeni açılmış şöbəmizdə bütün fiziki parametrləri qorunmaq şərti ilə xüsusi yaradılmış depolarda saxlanılacaq. Araşdırmalar başa çatandan sonra Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının tövsiyəsi əsasında yaxınlarına təqdim ediləcək”.

Direktor qeyd edib ki, qalıqların genetik profili hazırlanaraq onlarda olan 11-12 min nümunə ilə müqayisə ediləcək və aydın olacaq ki, hansına məxsusdur.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183356

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930