Peyklərimiz Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir – Prezident

11.10.2022 - 21:25

“Artıq Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir və bu sahədə qarşılıqlı fəaliyyətin gələcək inkişaf yollarını müəyyən etmişik”.

Cumhuriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bişkekdə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatında bildirib.

“Yarım il bundan əvvəl biz Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq ki, bu da münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün məmnunluqla bu Bəyannamənin necə icra olunduğunu qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadi qarşılıqlı fəaliyyətdən, nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətdən və təhsil sahəsi, yüksək texnologiyalar sahəsi ilə bağlı suallardan başlayaraq geniş məsələlər spektrini ətraflı müzakirə etdik”, – dövlət başçısı diqqətə çatdırıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=183549

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930