Qardaşlığımız sözdə deyil, əməldədir – Prezident

11.10.2022 - 23:32

“Bu gün mən Qırğız torpağında bir daha görürəm ki, qardaşlığımız sözdə deyil, əməldədir”.

Cumhuriyyet.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində deyib.

“Qırğızıstan Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk. Mənim Qırğızıstana səfərimin birinci günü burada, Qırğızıstan paytaxtının bu yeni mənzərəli guşəsində başa çatır. Onu da deməliyəm ki, bu gün Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular.

Yəni, bizim xalqların qardaşlığı şəhərlərimiz arasında qardaşlaşmaya da transformasiya edir. Əminəm ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstan və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq”, – deyə Prezident əlavə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=183561

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930