Qırğızıstan-Azərbaycan Dostluq Parkı AÇILDI

12.10.2022 - 00:37

Oktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub.

Cumhuriyyet.az xəbər verir ki, parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.

Əvvəlcə dövlət başçıları parkın açılışını bildirən lenti kəsdilər.

Prezidentlər tədbirdə çıxış etdilər.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov dedi:

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli qonaqlar, dəyərli dostlar.

Sizi Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində qarşılamağa şadam. Bugünkü hadisə – Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı iki ölkə arasında dostluq münasibətlərinin və təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda iki qardaş xalqın tarixi əlaqələrinin möhkəmləndirilməsinin gözlə görünən parlaq sübutudur. Bu park qədim münasibətlərimizin, dərin tarixi, mənəvi və əxlaqi kökləri, dəyərləri, ənənələri olan ölkələrimizin möhkəm dostluq və qardaşlıq rəmzi kimi çıxış edir. Məhz bu, qurduğumuz müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəm təməlidir.

Məmnuniyyətlə qeyd edirəm ki, cari ildə Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub.

Hörmətli İlham Heydər oğlu, Sizin, ölkənin milli maraqlarının təmin edilməsinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətinizi xüsusilə qeyd etmək istəyirəm. Sizin şəxsi diqqətiniz və Qırğızıstanla bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək istəyiniz bizim ölkədə hörmət və dəstəklə qarşılanır. Vurğulamaq istəyirəm ki, bizim üçün zamanın sınağından çıxmış qardaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir.

Hörmətli qonaqlar, dəyərli dostlar. Bu gün şəhər sakinləri üçün xüsusi bayramdır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı münasibətilə sizi təbrik edirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə, Sizin bütün komandanıza bu gözəl parkın salınmasında köməyə və yardıma görə xüsusi minnətdarlığımı bildirirəm. Bu park əsl inciyə çevriləcək, burada bizim şəhər sakinlərimiz böyük zövqlə vaxtlarını keçirəcəklər. Qısa müddət ərzində bizim qarşılıqlı istəyimizin bu gözəl reallığa çevrilməsini görmək çox xoşdur. Azərbaycanlı dostlarımıza Qırğızıstanda xoş vaxt keçirməyi, ölkələrimiz və xalqlarımızın maraqları və rifahı naminə tükənməz enerji və böyük uğurlar arzu edirəm. Çox sağ olun.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=183569

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728