Moskvada qismən səfərbərlik BAŞA ÇATDI
Vladimir Putinin təxminən bir ay əvvəl elan etdiyi “qismən səfərbərlik” qərarı bu gündən etibarən Moskvada başa çatacaq.
Cumhuriyyet.az bildirir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.
O qeyd edib ki, bu gün günorta saatlarından etibarən Moskvada səfərbərlik idarələri bağlanacaq.
Bunun səbəbini isə Sobyanin belə izah edib:
““Ehtiyat əsgər” bazaları doldurulub və səfərbərlik əmrləri ilə işə götürüləcək əsgərlərə daha yer qalmayıb”.
Xatırladaq ki, Rusiya lideri Putin bu yaxınlarda səfərbərlik praktikasının tezliklə bitəcəyini açıqlamışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=183802