Prezident Fərman İMZALADI
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi təsdiqlənib.
Cumhuriyyet.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi rəqəmsal inkişaf sahəsində fəaliyyətin təşkili, əlaqələndirilməsi, həyata keçirilməsi (o cümlədən nəzarət və tənzimləmə), habelə yüksək texnologiyalar, nüvə elmləri, nüvə texnologiyaları və nüvə energetikası sahəsində kompleks tədbirlərin və innovasiya fəaliyyətinin həyata keçirilməsi, eləcə də fiziki və hüquqi şəxslərə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərilməsi, innovasiyayönümlü elmi tədqiqatların və innovativ layihələrin (həmçinin startapların) təşviqi, onlara maliyyə dəstəyi göstərilməsi və innovasiya təşəbbüskarlığının təbliği sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Short URL: http://www.cumhuriyyet.net/?p=184001