Nazirlər Kabinetinin bir səlahiyyəti ləğv edilib – FƏRMAN

17.11.2022 - 17:54

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin illik maliyyə hesabatlarını təsdiqləmək sahəsində səlahiyyəti ləğv olunub.

Cumhuriyyet.az-ın APA-ya istinadən xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmana “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına edilən dəyişiklikdə əksini tapıb.

İllik maliyyə hesabatlarını Gənclər Fondu özü təsdiqləyəcək. Fonda Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini təsdiqləmək səlahiyyəti də verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185114

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30