Putinlə Paşinyan təkbətək görüşdülər – SÖHBƏTİN MƏTNİ

24.11.2022 - 12:33

Ötən gün KTMT-nın İrəvanda keçirilən sammitindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş keçirilib.

Cumhuriyyet.az erməni mediasına istinadən bildirir ki, Paşinyan Putinlə görüşündəki çıxışında bunları deyib:

“Hörmətli Vladimir Vladimir, bu gün biz KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında bütün məsələlər üzrə konsensusa gələ bilmədik, 17 qərardan 15-i qəbul edildi. Bununlıa belə, ümid edirəm ki, bu formatda ikitərəfli münasibətlərimizin gündəliyini müzakirə etməyə nail olacağıq. Xüsusi vurğulamaq lazımdır ki, ikitərəfli iqtisadi əlaqələrimiz yüksək templə inkişaf edir. Bu il Ermənistandan Rusiya Federasiyasına ixrac 80 faiz artıb. Təbii ki, bu, logistika zəncirlərində müəyyən dəyişikliklərlə bağlıdır, lakin bu, iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradan faktdır.

Biz bu gün həm də regional problemləri, regional təhlükəsizlik məsələlərini müzakirə etdik və müzakirə edəcəyik. Mən sizin köməyinizlə Azərbaycan Prezidenti ilə üçtərəfli bəyanatlarla əldə edilmiş razılaşmaların saxlanmasından danışdım. Bunlar çox vacib məsələlərdir. Eləcə də regionumuza uzunmüddətli sülh gətirəcəyinə ümid etdiyimiz gündəliyi müzakirə etməliyik”.

Öz növbəsində Vladimir Putin bildirib:

“Hörmətli Nikol, ilk növbədə, dəvətə görə sizə təşəkkür etmək, sizi KTMT-na uğurlu sədrliyin başa çatması münasibətilə təbrik etmək istərdim. Doğrudan da, Ermənistan o işi çox yüksək səviyyədə, fəal surətdə həyata keçirdi. Təbii ki, bütün məsələlərdə razılığa gəlmək nadir haldır, lakin ümumilikdə iş çox intensiv və faydalı oldu. Əgər ötən il dövriyyə 12 faiz artıbsa, cari ilin 9 ayında artıq 67 faiz artıb. Bəli, bu günün xüsusiyyətlərinə əsaslanır, lakin şübhəsiz ki, bu, gələcək üçün də təməl olacaq. Buna heç bir şübhə yoxdur.

Regional prtoblemləri, o cümlədən regionda tənzimləmə ilə bağlı məsələləri müzakirə etdik, nəqliyyat infrastrukturunun blokdan çıxarılmasından danışdıq. Çox şadam ki, bu kimi tədbirlər çərçivəsində ikitərəfli görüş keçirmək imkanı var. Dəvət üçün təşəkkür edirəm”.(sfera.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=185599

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2024
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30