ABŞ-dən Laçın dəhlizindəki vəziyyətlə bağlı AÇIQLAMA

13.12.2022 - 13:11

“Laçın dəhlizi ətrafında yaranan vəziyyət ABŞ-nin diqqət mərkəzindədir”.

Cumhuriyyet.az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays deyib.

Prays gərginliyin azaldılmasının və İrəvanla Bakı arasında davamlı və hərtərəfli nizamlanmanın bərqərar olmasının zəruriliyini qeyd edib.

O, həmçinin Azərbaycan və Ermənistanın XİN rəhbərlərinin ABŞ-də keçirilən görüşünü də xatırladıb: “Biz bunu Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində təşkil etdik. Baş müşavirimiz Fil Riker əlimizdən gələni etdiyimizə əmin olmaq üçün hər iki ölkənin rəsmi şəxsləri ilə fəal təmasları davam etdirir”.(Qafqazinfo)

Short URL: http://www.cumhuriyyet.net/?p=186359

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930