Laura Loxman Azərbaycana başsağlığı verdi
ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri xanım Laura Loxman Tehrandakı səfirliyinə qarşı törədilmiş terror hadisəsi nəticəsində Azərbaycan vətəndaşının həlak olması ilə əlaqədar ABŞ-ın başsağlığını ifadə edib.
Cumhuriyyet.az xəbər verir ki, başsağlığı Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin nümayəndəsini qəbul edən zaman çatdırılıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=187387