Mehriban Əliyeva Türkiyəyə başsağlığı verdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib.
Cumhuriyyet.az xəbər verir ki, Birinci vitse-prezident bu barədə İnstaqram hesabında yazıb.
“Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Uca Tanrıdan bütün Türkiyə xalqına güc və səbir diləyirəm!”, – deyə o qeyd edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=187522