Türkiyə parlamenti işini dayandırdı
Türkiyə Böyük Millət Məclisi ölkədə baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar işini bir həftəlik dayandırıb.
Bu barədə türkiyəli parlamentarilər özlərinin sosial şəbəkə hesablarında məlumat veriblər.
Xatırladaq ki, bu gün Türkiyədə Bakı vaxtı ilə saat 05 radələrində baş vermiş zəlzələ nəticəsində 912 nəfər həyatını itirib, 5 385 nəfər yaralanıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=187580