Dağıntılar altından 40-50 saat sonra çıxarılan körpə ümidlər – VİDEO
Türkiyədə dağıdıcı zəlzələdən təsir görən 10 vilayətdə dağıntılardan sonra xilasetmə işləri davam edir. Beton plitələrin altından saatlar sonra xilas edilən insanlar, xüsusən də uşaqlar günlərdir şaxtaya, soyuğa baxmayaraq, işləyən insanlara güc verirlər.
Cumhuriyyet.az bu qaranlıq günlərdə hər kəs üçün bir ümid işığına çevrilən həmin anlardan bəzilərini təqdim edir.
İzmir Böyükşəhər Bələdiyyəsinin Hatayda Təcili Xilasetmə Sağlamlığı qrupları tərəfindən aparılan axtarış-xilasetmə zamanı Narlıca rayonunda binanın dağıntıları altından biri 3 yaşlı uşaq olmaqla üç nəfər sağ çıxarılıb.
Hatayın Odabaşı Məhəlləsində yeddimərtəbəli binanın dağıntıları altından 6 yaşlı Eymeni xilas edən Bahçelievler Bələdiyyəsi Axtarış və Xilasetmə Birliyi zəlzələdən 43 saat sonra körpənin anası Fethiye Ekizoğlu da sağ çıxarılıb.
Kahramanmaraşda Şazibey Mahallesi Güvenç Mənzilinin dağıntıları altında qalan 3 yaşlı Arif Kaan 43 saat sonra dağıntılar altından sağ çıxarılıb.
Niğde şəhərinin Eski Çerkez Məhəlləsində dağıntılar altından 45 saat sonra 3 yaşlı Muhammed Yusuf Tanık, ondan yarım saat sonra isə anası 38 yaşlı Fatma Tanık xilas ediliblər.
Adıyamanda dağıntılar altında qalan 10 yaşlı Betül 47 saatdan sonra xilas edilib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin tabeliyində olan qrupların iştirak etdiyi axtarış-xilasetmə işlərində ikisi uşaq olmaqla üç nəfər dağıntılar altından xilas edilib. Məlumata görə, 2 yaşlı Hanife Hatmi, 5 yaşlı Serap Ela və 1 nəfər təcili yardım maşınları ilə xəstəxanaya aparılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=187719