Türk seysmoloqdan İstanbulla bağlı xəbərdarlıq
Türkiyədə ən çox zəlzələ yaradan iki qırılma xəttinin enerjisinin böyük hissəsi boşalıb.
Cumhuriyyet.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri türk seysmoloq Naci Görür deyib.
O bildirib ki, Türkiyədə ən çox zəlzələ yaradan iki tektonik qırılma xətti var: biri Şimali Anadolu, digəri isə Şərqi Anadolu qırılma xətti:
“Hər iki qırılma zonası enerjisinin böyük qismini boşaltdı. Bu o deməkdir ki, yaxın bir neçə yüzildə Türkiyədə ən azı bu iki qırılma zonası boyunca böyük zəlzələlər olmayacaq. Bu, ölkəni zəlzələyə hazırlamaq baxımdan mühüm şansdır. Başqa yerlərdə zəlzələlər ola bilər, amma Türkiyənin ən ağır qırılma zonaları enerjini boşaldıb. Bərpa və gücləndirmə üçün bir fürsət yaranıb – bunu ilk dəfə deyirəm, bütün Türkiyə eşitsin”.
Professor Hatay və Adana üçün xəbərdarlıq edib:
“Bizi narahat edən yerlər – Şərqi Anadolu qırılma xəttinin uzaq şimal-şərq hissəsi, Bingöl ilə Karlıova arasında olan ərazidir. Orada sonuncu dəfə 1766-cı ildə zəlzələ olub, biz oradan da narahatıq. Maraş qırılma zonasına görə Hatay və Adana hövzələrində diqqətli olmalıyıq”.
N.Görür vurğulayıb ki, İstanbulda zəlzələ baş verəcəyi halda zərər daha çox olacaq:
“İstanbulda vəziyyət heç də yaxşı deyil. Necə ki, 3 gün əvvəl “Maraşdan narahatıq” yazmışdım, İstanbuldan da narahatam. Bütün elmi araşdırmalar göstərir ki, İstanbul üçün gözlənilən vaxt yaxınlaşır. İstanbulda 7,5 bal gücündə zəlzələnin olacağı gözlənilir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=187864