FHN əməkdaşının bu addımı qürurlandırdı

13.02.2023 - 15:13

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Cumhuriyyet.az Publika.az-a istinadən xəbər verir ki, azərbaycanlı xilasedici Əli Şirzadov xilasetmə işləri zamanı qızıl-zinət əşyaları taparaq ərazinin jandarma bölməsinə təhvil verib.

Xilasedicimizin bu örnək davranışını Türkiyənin “Yalova Press” media orqanı yayımlayıb və Azərbaycana təşəkkür edib.

“Azərbaycandan olan xilasedicilər fəlakətin baş verdiyi ilk gündən etibarən verdiyi dəstək səyləri ilə kahramanmaraşlıların qəlbindəki yerini ikiqat artırdı”, – deyə nəşr yazıb.

Qeyd edək ki, Türkiyənin Qəhrəmanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187948

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930