FHN xilasediciləri dağıntılar altından kişi meyitini çıxardı
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Qəhrəmanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı daha bir kişi meyitini çıxarıb.
Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Kuddisi Baba bulvari 8 mərtəbəli binanın dağıntıları altında aşkarlanan orta yaşlı kişi meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qeyd edək ki, FHN-in qüvvələri tərəfindən indiyə qədər dağıntılar altından 52 nəfəri sağ, 613 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=187984