Əliyeva göstəriş verdi, daha bir təyyarə Türkiyəyə yola düşdü

15.02.2023 - 18:57

Türkiyədə zəlzələdən zərər çəkənlərə dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə daha bir humanitar yardım göndərilib.

Cumhuriyyet.az xəbər verir ki, bu gün zəlzələ bölgəsinə uçan təyyarədə çadırlar və qızdırıcılar daxil olmaqla ümumilikdə 40 ton yardım yola salınıb.

Xatırladaq ki, Heydər Əliyev Fondu faciənin ilk günündən qardaş ölkəyə öz dəstəyini göstərib. Birinci xanım Mehriban Əliyevanın göstərişi ilə bundan əvvəl fevralın 9-da və 11-də faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar göndərilib.

Eyni zamanda, xatırladaq ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə vətəndaşlardan toplanan isti geyim və avadanlıqlar da artıq Türkiyəyə yola salınıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=188189

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930