Baş nazirin sədrliyi ilə Müşahidə Şurasının iclası oldu

17.02.2023 - 21:14

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının iclası keçirilib

Cumhuriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və 16 noyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamlarından Nazirlər Kabinetinə həvalə olunan tapşırıqların icrası, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəalliyyət planının əsas istiqamətləri və nəticələri, təşkilati-struktur məsələləri geniş müzakirə olunub.

İclasda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının təqdimatı dinlənilib.

İclasın yekununda “Strategiyada və Böyük Qayıdışa dair I Dövlət Proqramında” nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi ilə bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə müvafiq tapşırıqlar verilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=188382

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930