Xocalı görüşünün şifrələri: Bakı nəyə nail oldu?

01.03.2023 - 17:10

Qarabağdakı erməni əhali ilə keçirilən görüşün açıqlanan detallarında diqqətçəkən bir məqam var: məsul şəxs qismində Milli Məclisin deputatı Ramil Məmmədov iştirak edib.

Buradan bir neçə nəticə çıxır::

1. Azərbaycan öz vətəndaşı hesab etdiyi əhali ilə qanunverici orqan üzərindən təmaslar qurur;

2. Qanunverici orqan üzərindən təmasın qurulması Qarabağdakı erməni əhalisinin nəinki Ermənistanın iddia etdiyi “tərəf” kimi yox, heç icma olaraq da qəbul edilmədiyi deməkdir;

3. Və bu həm də o deməkdir ki, istək və iddialara baxmayaraq, rəsmi Bakı erməni əhalisinin yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində yaşaması şərtində israrlıdır;

Yayılan məlumatlara görə, növbəti görüş Rusiya sülhməramlılarının iştirakı olmadan, Bərdə, Ağdam, Gəncə və ya Bakıda keçiriləcək. Bu məqam Qarabağdakı erməni əhalisinin Azərbaycan qanunvericiliyi altında yaşamaq istəyinin ilk addımı hesab edilə bilər.(axar.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189196

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930