Novruz ərəfəsində bazarda qiymətlər necədir?

16.03.2023 - 11:47

Novruz bayramına artıq sayılı günlər qalıb. Hər kəs bayramda süfrəsinin neymətlərlə bol olmasını istəyir. Bəs mağaza və bazarlarda qiymət necədir?

Cumhuriyyet.az xəbər verir ki, Novruz süfrəsinin əsas atributlarından olan səməninin qiyməti 1-8 manat, şamların qiyməti isə 0.35-1 manat arası dəyişir.

Bu günlərdə ən çox istehlak olunan məhsullardan qoz 4-12, qoz ləpəsi 12-20, fındıq 5-6, fındıq ləpəsi 11-13, yerfındığı 6-7, badam 4-5, badam ləpəsi 17-25, xurma qurusu 3-5, iydə 5-7, innab 4-10, kişmiş 8-15, püstə 23-25, şabalıd 8-10, albuxara 7-8, ərik qurusu 13-17 manata təklif olunur. Qiymətlər məhsulun regionundan və keyfiyyətindən asılı olaraq dəyişir.

Mağazalarda Novruz süfrələrinin bəzəyi olan plov düyüsünün kilosu 4, sümüklü ət 11, sümüksüz 13, toyuq isə 4 manatdan başlayır.

Xonçaya qoyulan şirniyyatlardan – şəkərburanın kilosu 15, ədədi 1 manat, paxlavanın kilosu isə 12 manatadır.
Broyler yumurtanın qiyməti isə 0.16-0.19 qəpik arasında dəyişir.

Short URL: http://www.cumhuriyyet.net/?p=189915

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031