BMT rəsmiləri Füzulidə – Foto

16.03.2023 - 12:07

BMT nümayəndələrindən ibarət nümayəndə heyəti Füzuliyə gəlib.

Cumhuriyyet.az Report-a istinadən xəbər verir ki, göyərtəsində qonaqların olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanına enib.

Səfər zamanı Füzuli və Ağdamda aparılan bərpa işləri ilə tanışlıq nəzərdə tutulub.

Həmçinin Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə münasibətilə ağacəkmə aksiyası da keçiriləcək.

BMT-nin nümayəndə heyəti əsas diqqəti Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi, ətraf mühitin mühafizəsi və su ehtiyatlarından səmərəli istifadəsi, kənd təsərrüfatı, səhiyyə, şəhərsalma, gender bərabərliyi məsələləri və Azərbaycan ilə BMT arasında əməkdaşlığın digər sahələrinə yönəldəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=189917

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031