Bu, almanların səhvi deyil, cahillərin ifşasıdır

16.03.2023 - 14:20

Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsində bu ölkənin aparıcı şirkətlərinin rəhbərləri ilə görüş keçirdi: Azərbaycan adına istər iqtisadi, istər siyasi baxımdan önəmli görüş idi – xüsusilə işğaldan azad edilmiş ərazilərin bərpası prosesinə xarici investorların cəlb edilməsi baxımından.

Toplantıda Azərbaycan Prezidentinin önündə “H.E. Aliyev” isimliyi qoyulmuşdu, görüşün mahiyyəti, ümumiyyətlə, Əliyevin Almaniya səfərinin əhəmiyyəti fonunda bu isimliyin müzakirə mövzusuna çevrilməsi təəccüblüdür.

Prezidentin önündəki “H.E. Aliyev” isimliyini “Almaniyada elə bilirlər ki, Azərbaycanın prezidenti hələ də Heydər Əliyevdir” kimi təqdim edənlər oldu. Və bunu uzun illər “Azadlıq” qəzetinə rəhbərlik edən, hazırda Avropada yaşayan və Avropa dəyərlərini və siyasi etiket qaydalarını bilməli olan Qənimət Zahid etdi.

AXCP-nin mətbuat katibi Natiq Ədilov dərhal bu paylaşıma qoşuldu, cəbhəçilər sosial şəbəkələrdə müzakirələr açdılar, AXCP-yə yaxın populyar səhifələr tiraj yarışına çıxdılar. Ki, almanlar Prezident İlham Əliyevin adını Heydər Əliyevlə səhv salır, hətta bəziləri “alman ağılı bunu bilərəkdən edir, İlham Əliyevə mesaj verir” deyə konsprilogiyaya baş vurdular.

Birinin ağlına gəlmədi yazsın ki, “H.E.” – Heydər Əliyev ola bilməz, Heydər Əliyevin inisialı üçün “H.A” yazılmalı idi;

Birinin ağlına gəlmədi ki, almanlar “H.E Aliyev” isimliyi ilə “Heydər Eliyev Aliyev” yazmaq istəməzlər – soyadı iki dəfə fərqli şəkildə niyə yazsınlar ki!

Halbuki, “H.E. Aliyev” ifadəsi ingilis dilində “His Excellency Aliyev”dir, tərcüməsi “Zati-aliləri Əliyev” deməkdir. İngilis dilini bilməyənlərin bundan xəbərsiz olması təəccüblü deyil, lakin XXI əsrin üçüncü onilliyində bunu öyrənmək üçün TOEFL sertifikatını almağa ehtiyac yoxdur. Hamımız cibimizdə ensklopediya daşıyırıq, Quql sisteminə daxil olub asanlıqla tapmaq mümkündür, əgər niyyətin təmizdirsə…

Bu cahillikdirsə, çox pis – gör hakimiyyətə kimlər iddia edir; yox, qərəz və insanları manipulyasiya etməkdirsə – ondan da pis: siyasi rəqibə qarşı arqument tapa bilməmək və Azərbaycanın uğurlarına hər vasitə ilə kölgə salmağa cəhd etmək yalnız ermənilər və ermənilərə xidmət edənlərin işidir.

Özünüzü ifşaya davam edin!

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189933

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930