YAP-ın Gəncə sədri 1 ildən sonra niyə çıxarıldı?

16.03.2023 - 21:46

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.

Cumhuriyyet.az xəbər verir ki, təşkilati işlərin müzakirəsi zamanı YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucovun səhhəti ilə əlaqədar yazdığı istefa ərizəsinə baxılıb və ərizə qəbul edilib. Amma onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Ramil Mayıl oğlu Orucov 1980-ci il təvəllüdlüdür və 1997-ci ildən YAP üzvüdür. Bakı Dövlət Universitetini, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının bakalavr və magistr pillələrini bitirib. YAP Gəncə şəhər təşkilatının sədri vəzifəsini tutana qədər Gəncə Şəhər İcra Hakimiyyətində Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyib, Gəncə Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. Ondan öncə isə Sərhəd Qoşunlarında, Gəncə şəhər Nizami bələdiyyəsində, Bakı şəhər Suraxanı Rayon İcra Hakimiyyətində müxtəlif vəzifələrdə çalışıb.

43 yaşlı Ramil Orucov 2022-ci ilin yanvar ayında YAP Gəncə şəhər təşkilatının sədri seçilmişdi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=189989

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930