Zakir Həsənov Türkiyəyə başsağlığı verdi

01.05.2023 - 14:06

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülərə başsağlığı ünvanlayıb.

Bu barədə Cumhuriyyet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Başsağlığında deyilir: “Şırnak-Uludərə yolunda qardaş Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri məni çox kədərləndirdi.

Sizin acınız bizim də acımızdır. Şəhid hərbi qulluqçulara rəhmət diləyir, onların yaxınlarının dərdinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin”, – məlumatda qeyd edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=191389

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2023
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
2627282930